Aqil Ələsgər: “Yanlış anlaşılmaydı, bitdi” » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Aqil Ələsgər: “Yanlış anlaşılmaydı, bitdi”

Aqil Ələsgər: “Yanlış anlaşılmaydı, bitdi”


İyulun 30-u axşam saatlarından etibarən ətrafla əlaqəsi kəsildiyi üçün barəsində heç bir xəbər əldə edilməyən "Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər artıq evindədir.

AzNews.info Yenicag.az-a istinadən xəbər verir ki, təqribən sutka yarım ərzində haqqında hər hansı məlumat olmayan Aqil Ələsgər üzləşdiyi durumla əlaqədar narahatlıq keçirənlərə minnətdarlığını bildirib. Baş redaktor narahatlıq üçün əsas olmadığını deyib:

"Yanlış anlaşılmadan dolayı belə bir vəziyyət yarandı və qısa müddətdə çözüldü. Diqqətinizə çatdırmaq istərdim ki, heç bir problem yoxdur.

Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov başda olmaqla, mənə görə narahat olan, dəstəyini əsirgəməyən bütün dostlarımıza, həmkarlarımza təşəkkür edirəm.

Bir daha qeyd edirəm ki, mənimlə bağlı hər hansı problem yoxdur. Biz hər zaman Azərbaycan dövlətinin, cənab Prezident İlham Əliyevin əsgəriyik. Dövlətimiz bizi harada görmək istəyərsə, orada şərəflə dövlətimizə xidmət edəcəyik.

Hazırda evimdəyəm, sabahdan etibarən yenidən işimin başında olacam və fəaliyyətimi davam etdirəcəm”.

Mənbə: Yeniçağ.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *