Əflatun Amaşov: “Cəmiyyətdə cinayətkarlar qəhrəman kimi təbliğ olunur” » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet

Əflatun Amaşov: “Cəmiyyətdə cinayətkarlar qəhrəman kimi təbliğ olunur”

Əflatun Amaşov: “Cəmiyyətdə cinayətkarlar qəhrəman kimi təbliğ olunur”

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Mediada kriminal hadisələrin işiqlandırılması: ictimai maraqlar və peşəkarlıq” mövzusunda dəyirmi masa keçirilib.

Yenicag.az xəbər verir ki, konfransda Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev, Əflatun Amaşov, deputatlar Aqil Abbas, Bəxtiyar Sadıxov və media rəhbərləri iştirak edib.

Konfransı giriş sözü ilə açan MŞ-nın sədri Əflatun Amaşov Azərbaycan mediasının cəmiyyətdə yer aldığı bugünkü rolundan danışıb.

O, bildirib ki, bəzi media vasitələrində kriminal avtoritetlər cəmiyyətə qəhrəman kimi tanıdılır.

“Mətbuat Şurası olaraq, “google” axtarış sistemində son zamanlar gündəm mövzusu olan “Dağlıq Qarabağ”, “Bakı-Tiflis-Qars” dəmiryolu, “Fədayə Laçın” və “Qoca” ləqəbli kriminal avtoritet” sözlərini axtarışa verdik. Məlum zaman kəsiyində daha çox birinci yerdə “Fədayə Laçın”, ikinci yerdə “Dağlıq Qarabağ”, üçüncü yerdə “Qoca”, dördüncü yerdə isə “Bakı-Tiflis-Qars” dəmiryolu ifadələri qərarlaşmışdı. Bax bu, Azərbaycan mətbuatının mənzərəsini göstərən vəziyyətdir”.

Ə. Amaşov həmçinin, cəmiyyətin müəyyən təbəqəsinin kriminal xəbərlərə üstünlük verdiyini də vurğulayıb. O, qeyd edib ki, bu cür xəbərlər cəmiyyətin düzgün maarifləndirilməsində yanlış yol göstərir.

“Çox təəssüf ki, ölkədə cinayətkarlığın səviyyəsi artmağa başlayıb. Cəmiyyətdə xüsusi bir təbəqə var ki, kriminal xəbərləri oxuyur. Əgər biz mətbuatın bilikləndirmə, maarifləndirmə konsepsiyasına nəzər yetirsək görərik ki, yanlış informasiyalar çatdırırıq. Bu da mediada xüsusi bir narazılıqlara səbəb olur. Həmin xəbəri oxuyan hansısa bir gənc özünü “qəhrəman” kimi görməyə başlayır”.

Mənbə: Yenicag.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *