“Qoca”nın həyat yoldaşı aləmi qatdı - Etibar o şeirləri Fədayəyə yox, mənə yazıb
Ötən gün cənazəsi ailəsinə təhvil verilən “Qoca” ləqəbli kriminal avtoritet Etibar Məmmədovun nəşi torpağa tapşırılıb.“Qafqazinfo” mərhumun həyatı ilə bağlı maraqlı məlumatlar əldə edib. Məlum olub ki, “Qoca” şeirlərini müğənni Fədayə Laçına yox, həyat yoldaşına həsr edib:
“”Qoca” və həyat yoldaşı bir-birini uşaqlıqdan istəyiblər. Etibar 18 yaşında həbsə düşəndən sonra belə sevgilisi onu gözləyib. Həbsdən çıxandan isə nişanlanıblar. 10 il ailəli olublar, ancaq bəzi səbəblərdən 2014-cü ildə rəsmi nikaha girə biliblər. Bu müddət ərzində bir neçə dəfə uşaqları doğulmamış dünyasını dəyişib. “Qoca” mətbuatda deyildiyi kimi şeirləri Fədayəyə yox, xanımına həsr edib. Fədayə ilə “Qoca” evlərindəki qonaqlıqda tanış olublar. Həmin qonaqlıqda xanımı Fədayəyə üzük bağışlayıb və yoldaşının nömrəsini özü ona verib. O, “Qoca”nın adının Fədayə ilə hallanmasına pis olub”, – deyə “Qoca”nın yaxın qohumlarından biri söyləyib.
Mənbə:> Qafqazinfo.az