Kiyevdə 2 vəzifəli şəxs tutuldu
Ukraynada fövqəladə hallar naziri Serhiy Bochkovskiy və onun müavini Vasyl Stoyetskiyni həbs edilib.
ANS PRESS-in məlumatına görə, polis onları parlamentin iclas zalında qandallayıb.
Daxili işlər naziri Arsen Avakov bildirib ki, onlar ofşar şirkətlərlə bağlı korrupsiyada şübhəli bilinirlər.
Baş nazir Arseniy Yatsenyuk onları kəskin ittiham edib: ”Ölkənin müharibə vəziyyətində olduğu və hər bir qəpiyi saydığımız bir vaxtda, onlar xalq və dövlətdən öğurluq edirlər: "Qanunu pozan və Ukrayna dövlətini ələ salan hər kəsi eyni aqibət gözləyir."
Xatırladaq ki, prezident Petro Poroshenko bundan bir neçə saat əvvəl Dnepropetrovsk vilayətinin qubernatoru, oliqarx İqor Kolomoyskyninin vəzifədən gənarlaşdırılması barədə sərəncam imzalayıb.
Mənbə:> ANSPRESS