Tereza Mey və şahzadə Uilyam İngiltərə yığmasını təbrik edib
Böyük Britaniyanın baş naziri Tereza Mey ingilis yığmasını futbol üzrə dünya çempionatının yarımfinalına çıxması münasibətilə təbrik edib.
Oxu.Az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, Samarada keçirilən yarışda İngiltərə yığması isveç komandasını 2:0 hesabı ilə məğlub edərək 1990-cı ildən indiyə qədər ilk dəfə olaraq yarımfinala çıxıb.
“Haret Sautqeytə (yığmanın məşqçisi) və komandasına dərin təşəkkürlər. Ölkənin qürur duyduğu daha bir qələbə”, – deyə baş nazir “Twitter” hesabında yazıb.
İngiltərə taxt-tacının varisi, Futbol Assosiasiyasının prezidenti şahzadə Uilyam da futbolçuları təbrik edib:
“Siz İngiltərə tarixini yazmaq istədiniz və bunu etdiniz. İnanılmaz çempionat. Hər dəqiqəsindən zövq alırıq. Futbol öz evinə qayıdır”, - deyə Uilyam “Twitter” hesabında yazıb.
Mənbə:> Oxu.Az