General Manvel Qriqoryanın arvadı saxlanıldı – YENİLƏNİB
General Manvel Qriqoryanın arvadı Nazik Əmiryan iastintaqa təslim olub və saxlanılıb.
“Sputnik” xəbər verir ki, Ermənistan Xüsusi İstintaq Xidmətinin məlumatına görə, Nazik Əmiryan silah və ordu əmlakının gizlədilməsində iştirak etməkdə ittiham olunur. İstintaq güman edir ki, o, ərinə mənimsənilmiş silahların və əsgər konservlərinin Eçmiədzində və Arşaluys kəndində yerləşən imarətlərdə gizlətməyə kömək edib.
* * *17:27
Ermənistan polisi müdafiə nazirinin keçmiş müavini Manvel Qriqoryanın həyat yoldaşı Nazik Amiryan barəsində axtarış elan edib.
“Report” xəbər verir ki, bunu ölkə polisinin analitik, informasiya və KİV-lə əlaqələr bölməsinin rəisi Edqar Canoyan bildirib.
“Nazik Amiryanın axtarışı üzrə əməliyyat davam edir”, - deyə o vurğulayıb.
Ermənistan Xüsusi İstintaq Xidmətinin müstəntiqləri Nazik Amiryanın həbs olunması barədə qərar qəbul ediblər. Ancaq bir neçə gündür onu tapa bilmirlər.
Qeyd edək ki, Manvel Qriqoryan və onun oğlu Eçmiədzin şəhərinin keçmiş meri Karen Qriqoryan dövlət əmlakını mənimsəməkdə ittiham olunaraq həbs ediliblər.
Mənbə:> Sputnik