“Türkiyə bütün dünyaya demokratiya dərsi verdi” » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

“Türkiyə bütün dünyaya demokratiya dərsi verdi”

“Türkiyə bütün dünyaya demokratiya dərsi verdi”

Türkiyə bütün dünyaya demokratiya dərsi verdi.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan seçkidən sonra ilk çıxışında deyib. Ərdoğan xalqa təşəkkür edib: "Türkiyə xalqı öz demokratik hüququndan istifadə edərək, səsvermədə iştirak etdi. Türkiyə bütün dünyaya demokratiya dərsi verdi. 90 faizlik seçici fəallığı çox vacib amildir. Millətimiz mənə, partiyamıza və ittifaqımıza etimad göstərib. Bu etimada görə millətimə təşəkkür edirəm. Ümid edirəm ki, heç kim məğlubiyyətini seçkilərin demokratik keçmədiyini deməklə, ört-basdır etməyə çalışmayacaq. Artıq bütün siyası polemikaları kənarda qoymaq və Türkiyə xalqının rifahı naminə birgə fəaliyyət göstərmək vaxtı gəlib”.

Ərdoğan həmçinin bildirib ki, ölkədə bütün sahələrdə islahatlar davam etdiriləcək: “Türkiyənin hər sahədə irəli getməsi üçün çalışacağıq. Demokratiyanı və iqtisadiyyatı inkişaf etdirəcəyik. Heç kimin haqqını tapdamayacağıq. Millətimizdən aldığımız bu dəstəklə ölkəmizin içində və çölündə xalqımıza qarşı olan terror təşkilatlarına qarşı mübarizəmizi davam etdirəcəyik.

Millətimiz bu gün təkcə prezidenti və parlamenti seçmədi, həm də yeni sistemi dəstəklədi. İndi yeni sistemi daha sürətlə yerləşdirəcək, 2023 hədəflərimizi icra edəcəyik".

Qeyd edək ki, bülletenlərin ilkin hesablanmasına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan seçicilərin səslərinin 53,16%-i toplayıb.

Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Məhərrəm İncə - 30,54% səs, yeni qurulan «İyi parti»nin namizədi Meral Akşener 7,47%, Demokrat Xalq Partiyasının (HDP) namizədi Səlahəddin Dəmirtaş - 7,78%, “Səadət" partiyasının (SP) namizədi - Temel Karamollaoğlu 0,90% və "Vətən" partiyasının namizədi - Doğu Perinçek 0,20% səs toplayıb.

Həmçinin, parlament seçkilərində "Cumhur İttifaqı" adlı blok (Ədalət və İnkişaf Partiyası və Milliyyətçi Hərəkət Partiyası [MHP]) 54,22% səslə liderlik edir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *