2019-cu ildə OPEC+ sammiti Bakıda keçiriləcək
Neft hasilatının ixtisarı haqqında sazişin iştirakçı ölkələrinin görüşü 2019-cu ilin yayında Bakıda keçiriləcək.
Bu, OPEC+ təşkilatının sayca altıncı iclası olacaq.
OPEC və təşkilata daxil olmayan bir sıra ölkə (OPEC+) 2016-cı ilin sonlarında Vyanada neft hasilatının sutkalıq 1,8 milyon barrel ixtisarı barədə razılığa gəliblər ki, bu həcmin 300 min barreli Rusiyanın payına düşür. Sövdələşmə 2017-ci ilin əvvəlində qüvvəyə minib və sonradan iki dəfə - sonuncu dəfə 2018-ci ildə uzadılıb.
Mənbə:> RİA Novosti