Tramp miqrantlarla bağlı qalmaqallı praktikanı ləğv etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial

Tramp miqrantlarla bağlı qalmaqallı praktikanı ləğv etdi

Tramp miqrantlarla bağlı qalmaqallı praktikanı ləğv etdi

ABŞ prezidenti Donald Tramp ailələrin ayrı düşməməsi üçün qanunsuz miqrantların sərhəddə övladları ilə birgə saxlanılması barədə fərman imzalayıb.

TASS-ın yaydığı məlumatda deyilir ki, fərmana görə, bundan başqa miqrant uşaqların işlərinə birinci növbədə baxılacaq. Habelə Ağ Ev rəhbərinin sözlərinə görə, bu Vaşinqtonun qanunsuz miqrasiyaya qarşı “sıfır təmkinlilik” siyasətini ləğv etdiyi anlamına gəlmir.

Oval kabinetdə sənədin imzalanmasında daxili təhlükəsizlik naziri Kirsten Nilsen və vitse-prezident Mayk Pens də iştirak edib.

Xatırladaq ki, aprel ayında ABŞ Ədliyyə Nazirliyi qeyri-leqallara, o cümlədən qanunsuz miqrantların övladlarına qarşı “sıfır təmlinlilik” siyasəti elan edib.

Saxlanılmış valideynlər həbsxanalara göndərilir və barələrində cinayət işi açılır, övladları isə uşaq evlərinə yerləşdirilir.

Bu praktika ölkədə böyük qalmaqala səbəb olmuş, insan haqları fəallarının ciddi etirazına yol açmışdı.

Məlumata görə təkcə aprel-may ayları ərzində bu praktikaya görə iki mindən çox insan valideynlərindən ayrı düşüb.

Mənbə: TASS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *