Dalya Qribauskayte: Litva bütün hücumlara hazır olmalıdır » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Dalya Qribauskayte: Litva bütün hücumlara hazır olmalıdır

Dalya Qribauskayte: Litva bütün hücumlara hazır olmalıdır

Rəsmi Vilnüs bütün hücumlara hazır olmalıdır, çünki əks təqdirdə, təhlükə böyük olacaq.

RİA “Novosti” xəbər verir ki, bu fikri Litva Prezidenti Dalya Qribauskayte Almaniyanın “Der Spiegel” jurnalına müsahibəsində deyib.

Prezident qeyd edib ki, Litva müdafiə olunmaq istədiyini və müdafiə oluna biləcəyini göstərsə, onda heç kəs ona hücum etməyəcək. Litva dövlətinin başçısı bildirib ki, Rusiya Baltikyanı ölkələrə hücum edə bilər. Baltikyanı ölkələr və Polşa ilə sərhədlərdə Rusiyanın gücü NATO-nun gücünü 10 dəfə üstələyir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə Moskvanın Polşa və Baltikyanı ölkələrə hücumu barədə fikirləri qəbul etməyib. O, “Euronews” telekanalına müsahibəsində deyib ki, bu fikirlər NATO-nun Rusiya sərhədlərinə əlavə hərbi kontingentlər yerləşdirməsinə bəraət qazandırmaq cəhdidir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *