Tbilisini yenidən etiraz dalğaları bürüdü – VİDEO
Gürcüstanın paytaxtının mərkəzində etiraz aksiyaları yenidən başlayıb.
Oxu.Az-ın RİA Novosti-yə istinadən məlumatına görə, etirazçılar ötən ilin dekabrında baş verən 16 yaşlı yeniyetmənin ölümü ilə bağlı “ədalətin bərpasını” istəyirlər.
Etiraz aksiyası “Öldürmə!” şüarı altında keçirilir. Mitinqdə ötən qış qətlə yetirilən Zaza Saralidzenin atası da iştirak edir.
Qeyd edilir ki, aksiyaya siyasi partiyaların nümayəndələri və onların tərəfdaşları da qoşuıublar.
Mitinqdən əvvəl Gürcüstan DİN mitinq zamanı asayişin qoruyacağına dair bəyanatla çıxış edib.
Parlament binasının yerləşdiyi Rustavelli prospektinin bir hissəsi avtomobil hərəkəti üçün bağlanıb.
Mənbə:> Oxu.Az