Yerevanda növbəti aksiya: bu dəfə katolikos II Qareginin istefası tələb olunur – VİDEO
Yerevanda bütün ermənilərin Katolikosunun iqamətgahının yeni binasının yerləşdiyi müqəddəs Katoqike Surb Astvatsatsin kilsəsinin qarşısından izdihamlı etiraz yürüşü başlayıb.
Virtualaz.org bildirir ki, xəbəri “Sputnik Armeniya” yayıb.
Etiraz aksiyasının iştirakçıları tələb edirlər ki, II Qaregin Ali patriarx və bütün ermənilərin Katolikosu adından imtina etsin. Etiraz edənlər arasında ruhanilər də var.
Dini qurumun dəftərxanasının kahini Baqram Melikyan öz Facebook səhifəsində yazıb ki, Katolikos etiraz edənlərlə görüşməyə hazırdır.
"Bütün ermənilərin Katolikosu adından etiraz edənlərə qədim paytaxt olan Müqəddəs Eçmiədzinə baş çəkmək və II Qareginlə görüşmək barədə dəvət çatdırılıb. Etiraz aksiyası nümayəndələrinin öz şikayətlərini və suallarını şəxsən Katolikosun özünə təqdim etmək imkanları olacaq", — Vaqram Melikyan yazıb.
Amma Ermənistanın ən ali dini liderinə qarşı etiraz aksiyasının iştirakçıları bildirblər ki, görüş açıq formatda keçiriləcək.
Qeyd edək ki, II Qaregin bütün ermənilərin Katolikosu və Ali patriarx postuna 1999-cu ildə seçilib.
Mənbə:> Virtualaz.org