Merkel: “Rusiyanın G-7 formatına qayıtması mümkün deyil”
Hazırda Rusiyanın G-7 formatına qayıtması mümkünsüzdür.
Virtualaz.org bildirir ki, bunu Almaniya kansleri Angela Merkel Bundestaqda “Hökumət saatı” zamanı sualları cavablandırarkən deyib.
Merkel bildirib ki, Krımın ilhaqı beynəlxalq hüquq pozuntusu olduğu üçün Rusiyanın G-8-dən kənarlaşdırılması qaçılmaz idi.
Bununla yanaşı, A. Merkel Moskva və Berlin arasında daimi əlaqənin mövcud olduğunu da vurğulayıb.
Qeyd edək ki, 2014-cü ildə Rusiyanın Krımı işğal və ilhaq etməsindən sonra G-8 formatında iştirak edən 7 ölkə Soçidə nəzərdə tutulan növbəti sammitə qatılmayaraq Brüsseldə Rusiyasız görüş keçirib. Beləliklə, format G-7 olub. Bura ABŞ, Kanada, Britaniya, Almaniya, Fransa, Yaponiya və İtaliya daxildir.
Mənbə:> Virtualaz.org