Merkel Yaponiyanı NATO-ya dəvət etdi
Almaniya kansleri Angela Merkel 2015-ci ilin martında Yaponiyaya səfəri zamanı Baş nazir Sindzo Abeyə Tokionun NATO-ya üzv olmasını təklif edib.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı Yaponiya mətbuatı yayıb. Merkel Yaponiyanın razılıq verəcəyi halda Böyük Britaniya və Fransa liderlərinin də Tokionu dəstəkləyəcəyini söyləyib. Abe isə Merkelə cavabında “gələcəkdə ola bilər” söyləyib. Bunun ardınca isə o, NATO-ya üzvlüyün Tokio-Moskva danışıqlarını dayandıracağını bildirib.
Qeyd edək ki, Yaponiya NATO-nun Qlobal əməkdaşlıq proqramına daxildir.
Mənbə:> Axar.az