“Biz onların özlərini tarixin zibil qutusuna atacağıq” – Fazil Mustafadan SƏRT REAKSİYA
“Bu məsələ belədir ki, ümumiyyətlə bu zibillər təbii ki, zibit qutularından başqa işləri və gücləri yoxdur, kitab oxumurlar axı. Bunlar ya özlərini daşa sürtürlər, ya döyürlər, ya da ancaq zibil qutularını tanıyırlar. Kitab tanımırlar. Ədəbiyyətdan xəbərləri yoxdur, mədəni dünyagörüşləri yoxdur”.
Bu fikirləri Milli Məclisin deputatı Fazil Mustafa onun fotolarını Rusiyada zibil qutularının üzərinə yapışdıranlara münasibət bildirərkən deyib.
"Biz onların özlərini tarixin zibil qutusuna atacağıq, narahat olmasınlar”
Millət vəkili bildirib ki, dini fanatizmi yayanlara qarşı həmişə mübarizə aparacaq: “Ona görə də, bu, bir milli davadır. Belə məsələlər də milli davada, ümumiyyətlə, gözlənilən hallardır. Biz də bu davanın bütün prinsiplərini axıra qədər daşımaq niyyətindəyik. Çünki bizim bu davada əsas məqsədimiz Azərbaycanın müstəqilliyidir. Azərbaycanın gələcəyini də biz bu istiqamətdə - yəni, sağlam və fanatizmdən uzaq bir tərzdə qurmalıyıq. Ona görə də bizə qarşı bu cür addımlar gözləniləndir. Amma biz mübarizəmizi davam etdirəcəyik. Bütün bu zibillərə qarşı mübarizəmiz bundan sonra da davam edəcək. Biz onların özlərini tarixin zibit qutusuna atacağıq, narahat olmasınlar”.
"Fanatizmə qarşı mübarizəmizi bundan sonra ən sərt şəkildə davam etdirəcəyik”
F.Mustafa onun fotolarını zibit qutularının üzərində yapışdırma aksiyasının sifarişlə başladıldığını vurğulayıb: “Bunlar hamısı mənə qarşı bu kampaniyanı sifariş əsasında həyata keçirirlər. Fikir verirsinizsə, xaricdə xeyli qüvvələr var ki, xarici dövlətlərin xüsusi xidmət orqanlarının sifarişi ilə işlər görürlər. Onlar sifarişini icra etdikləri həminx arici ölkələrdən maliyyələşirlər. Onların əsas məqsədləri də dini fanatizmi yamaqdan ibarətdir. Biz də dini fanatizmə qarşı mübarizəmizi bundan sonra da ən sərt şəkildə davam etdirəcəyik”.
"Mənim haqqımda başladılan bu kampaniyanı onsuz da hüquq-mühafizə orqanları müşahidə edirlər"
Millət vəkili qeyd edib ki, onun barəsində başladılan kampaniyanı Azərbaycan hüquq-mühafizə orqanları müşahidə edir: “Karikaturamı yayan sayt isə İran agenturasının saytıdır. Mənim haqqımda başladılan bu kampaniyanı onsuz da hüquq-mühafizə orqanları müşahidə edirlər. Ümid edirəm ki, Azərbaycanın hüquq-mühafizə orqanları bununla bağlı öz mövqeyini bildirəcək. Bütün bu zibillər mənim əleyhimə istər Azərbaycanda, istərsə də başqa ölkədə nə kampaniya aparırlarsa, aparsınlar, bu zibillərə qarşı mənim mübarizəm davam edəcək”.
Qeyd edək ki, iki gün öncə deputat Fazil Mustafa sosial şəbəkə profilində dini fanatizmi özündə əks etdirən videogörüntüləri paylaşaraq tənqid edib. Bundan sonra deputata qarşı kampaniya başladılıb. Deputatın fotoları Rusiyada yaşayan inanclılar tərəfindən zibil qutularına yapışdırılıb. Eyni zamanda, Azərbaycanda onun karikaturaları çəkilərək təhqir edilib.
Mənbə:> Goldnews.az