Rusiya XİN-də qəribə brifinq: Paşinyana ünvanlanan bəyanatı azərbaycanlı jurnalistə doğru “fırlatdılar” » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Video

Rusiya XİN-də qəribə brifinq: Paşinyana ünvanlanan bəyanatı azərbaycanlı jurnalistə doğru “fırlatdılar” – VİDEO

Rusiya XİN-də qəribə brifinq: Paşinyana ünvanlanan bəyanatı azərbaycanlı jurnalistə doğru “fırlatdılar”

Rusiya XİN-in mətbuat və informasiya Departamentinin direktor müavini Artyom Kojinin ötən gün keçirdiyi brifinq qalmaqala səbəb olub. Virtualaz.org xəbər verir ki, diplomat brifinqdə azərbaycanlı jurnalistin Ermənistanın baş naziri Nikol Paşinyan tərəfəindən Dağlıq Qarabağın danışıqlar prosesində iştirakına dair ötən ay verdiyi bəyanatlarla bağlı sualına şərh verib, bunu açıq-aşkar “qeyri-konstruktiv və səs-küylü bəyanat” adlandırıb. Lakin daha sonra XİN-in rəsmi saytında brifinqin stenoqramının həmin hissəsini redaktə ediblər. Nəticəcə belə alınıb ki, Kojin Paşinyanın bəyanatlarını xatırladan azərbaycanlı jurnalistin özünü “qeyri-konstruktivlikdə və səs-küylü bəyanatlar verməkdə” ittiham edib.

Brifinqdə azərbaycanlı jurnalistin Artyom Kojin sualı belə olub: “Ermənistanın baş naziri müsahibələrindən birində deyib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Azərbaycanın işğal altındakı ərazilərində qurulan qanunsuz rejimin iştirakı olmadan mümkün deyil. Bu cür bəyanatlar danışıqlar prosesini nə dərəcədə mürəkkəbləşdirir və tərəflərə ümumi dil tapmağa mane olur?”

Cavab olaraq Artyom Kojin bildirib: “Ümumiyytlə bu məsələ ilə bağlı düzülmüş reslərə, xüsusən də ATƏT tərəfindən, yatmayan səs-küylü bəyanatlar yəqin ki, qeyri-konstruktivdir. Mən belə deyərdim".


Lakin bir müddət sonra Rusiya XİN-in saytında brinfinqin həmin hissəsində Kojinin cavabı aşağıdakı redaktədə verilib: “Sizin düzülmüş relslərə, xüsusən də ATƏT tərəfindən, yatmayan səs-küylü bəyanatlarınız qeyri-konstruktiv görünür”.

Başqa sözlə, Rusiya XİN-də Kojinin Paşinyana eyhamla onun qeyri-konstruktiv və ATƏT-in düzdüyü relslərə uyğun gəlməyən bəyanat verməsi barədə bəyanatını əməlli-başlı dəyişiblər və əvəzində azərbaycanlı jurnalisti qınamağı qərara alıblar. Birinci dəfə deyil ki, Rusiya XİN-də Azərbaycana qarşı iki ölkə münasibətlərini zədələyən bu cür addımlar atılır.

Virtualaz.org Artyom Kojinin brifinqinin videoyazısını təqdim edir və həmin hissə videoyazının 49.5-ci dəqiqəsindən başlayır.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *