Rusiyanın Xarici İşlər Nazirliyi Qarabağa görə Paşinyanı ittiham edir
Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə dair bəyanatları qeyri-konstruktivdir.
Rusiya Xarici İşlər Nazirliyi (XİN) İnformasiya və Nəşr Departamentinin direktor müavini Artyom Kojin bunu Trend-in sualını cavablandırarkən deyib.
A.Kojin bildirib: “Bu məsələ ilə bağlı əsasən ATƏT tərəfindən qoyulan müvafiq relslərə uyğun gəlməyən hay-küylü bəyanatlar qeyri-konstruktivdir”.
Virtualaz.org xatırladır ki, son zamanlar Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsi üzrə bir neçə fitnəkar bəyanatı ilə fərqlənib. Məsələn, bəyanatlarından birində o, Qarabağ separatçılarını danışıqlar masası arxasına qaytarmağı tələb edir və Bakını danışıqların davamı üçün "DQR"i tanımağa çağırırdı.
Mənbə:> Virtualaz.org