Ərdoğan: “Rusiya Türkiyəyə 1 milyard dollar təzminat ödəyəcək”
Rusiya Türkiyəyə 1 milyard ABŞ dolları məbləğində təzminat ödəyəcək.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan seçki kampaniyası çərçivəsində Ərzurumda seçicilərlə görüşdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bununla bağlı rəsmi Ankara Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət edib: “Sizə bir müjdəm var. Rusiyadan "Mavi axın" və "Qərb" xəttindən aldığımız təbii qaz qiymətlərinə üç il əvvəl endirim tələb etmişdik. Tələbimiz yerinə yetirilməyəndə Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət etdik. Uzun müzakirələr nəticəsində 2015-2016-cı illərdə təbii qazda 10,25% endirim olunması ilə bağlı razılığa gəldik. Bu səbəbdən ölkəmizə 1 milyard dollar təzminat ödəyəcək”.
Mənbə:> Virtualaz.org