Rusiya Ukrayna şirkətlərinə Krıma görə kompensasiya ödəyəcək
Haaqa Arbitraj Məhkəməsi bir neçə Ukrayna şirkətinin iddia ərizəsi üzrə qərar verib. Həmin şirkətlər Rusiyadan Krımın ilhaqına görə kompensasiya tələb ediblər.
” Life” xəbər verir ki, mayın 2-də arbitraj “məsuliyyət və zərər məsələlərinə dair yekdil qərar qəbul edib”.
Ukrayna KİV-lərinin yazdığına görə, Krımın ilhaqına görə Rusiya bu ölkənin şirkətlərinə 159 milyon dolar kompensasiya ödəməlidir.
İddia ərizəsi 2015-ci ildə verilib. İddiaçı qismində “Everest Estate” şirkəti və daha 17 şirkət, həmçinin fiziki şəxs Aleksandr Dubilet çıxış ediblər. Onlar Krımın Rusiyanın tərkibinə daxil edilməsindən sonra yarımadanın iqtisadiyyatına yatırdıqları investisiyalarını itirdiklərini əsas gətiriblər.
Mənbə:> ” Life”