İsrail parlamenti "erməni soyqırımı"nı müzakirəyə çıxaracaq
İsrail parlamentinin deputatları "erməni soyqırımı"nın tanınması məsələsini geniş müzakirəyə çıxarmağı qərara alıblar.
Virtualaz.org bildirir ki, bu barədə Knessetin mətbuat xidməti məlumat yayıb.
Naraqlıdır ki, İsrail-Türkiyə münasibətlərinin gərginləşməsi fonunda verilən qərar əvvələr bu kimi təşəbbüsləri bloklamağa çalışan hökumət tərəfindən normal qarşılanıb və heç bir etiraza səbəb olmayıb.
"Erməni soyqırımı"nın tanınmaması İsrail dövlətinə mənəvi ləkədir. Xüsusən də əgər bu, siyasi konyukturanın xeyrinə baş verirsə", - deyə təklifin müəllifi, sol təmayüllü "Mereç" partiyasının lideri Tamar Zandberq bildirib.
Zalda əyləşən 16 deputatın hamısı məsələnin Knessetin komissiyalarında deyil, parlamentin ümumi iclasında müzakirə edilməsinə səs verib. Debatın vaxtı hələlik təyin olunmayıb.
Mənbə:> Virtualaz.org