Türkiyə Niderland parlamentinin uydurma “erməni soyqırımı”nı tanımasını pisləyib
Ankara Niderland parlamentinin Nümayəndələr palatasının uydurma “erməni soyqırımı”nın tanınmasına dair qətnamə qəbul etməsini qətiyyətlə pisləyir. APA-nın xəbərinə görə, bu barədə Türkiyə XİN-in bəyanatında bildirilir.
“Niderland parlamentinin Nümayəndələr palatasının 1915-ci il hadisələrini “soyqırımı” kimi tanınmasına dair qətnamə qəbul etməsini şiddətlə pisləyirik. Avropanın mərkəzindəki Srebrenitsa faciəsini indiyədək soyqırımı kimi tanımayan ölkənin parlamentinin bu əsassız qərarının nə tarixlə, nədə ki hüquqla heç bir əlaqəsi yoxdur. Deməli, o heç bir hüquqi qüvvəyə malik deyil”, - deyə bəyanatda qeyd edilir.
“1915-ci il hadisələrinə dair Türkiyənin mövqeyi tarixi faktlara və hüquq normalarına əsaslanır. Avropa İnsan Haqları Məhkəməsinin qərarı da bu məsələdə haqlı olduğumuzu təsdiqləyir”, - deyə bəyanatda vurğulanır.
Qeyd edək ki, fevralın 22-də Niderland parlamentinin Nümayəndələr palatası uydurma “erməni soyqırımı”nın tanınmasına dair qətnamə qəbul edib.
Mənbə:> APA