İsrail "erməni soyqırımı”nı tanımaqdan imtina etdi
İsrail Knesseti fevralın 14-də "erməni soyqırımı"nın tanınması ilə bağlı qanun layihəsini rədd edib.
Bu barədə "Jerusalem post" xəbər yayıb.
"Knesset "Yeş Atid" partiyasının sədri Yair Lapidin irəli sürdüyü erməni soyqırımı layihəsini rədd edib", - deyə məlumatda bildirilir.
İsrailin xarici işlər nazirinin müavini Tsipi Xotoveli bəyan edib ki, "soyqırımı"na həsr edilmiş tədbirlərdə iştirak etmək üçün 2015-ci ildə Yerevana nümayəndə heyəti göndərilsə də, məsələnin son dərəcə siyasi xarakter daşıdığını və diplomatik fəsadlara gətirib çıxaracağını nəzərə alaraq İsrail adıçəkilən məsələ ilə bağlı rəsmi mövqe tutmayacaq.
Mənbə:> APA