İsrailin “soyqırım” həmləsi
İsrailin prezidenti Reuven Rivlin 1915-ci ildə Osmanlı dövlətində meydana gələn deportasiyanı şərh edərkən baş verənləri kütləvi qətliam kimi dəyərləndirib.
ANS PRESS-in məlumatına görə, Rivlin qondarma erməni “soyqırımı” ilə əlaqədar prezident iqamətgahında tədbir keçirib.
Tədbirdə çıxış edən İsrail prezidenti heç bir ölkəni ittiham etmədiklərini bildirib:
“Biz müəyyən bir ölkəni ittiham etməyə çalışmır, qətliam qurbanları və dəhşətli nəticələri ilə özümüzü eyniləşdirməyə çalışırıq. Erməni xalqı müasir kütləvi cinayətin ilk qurbanlarıdır”.
Reuven Rivlin İsraildə qondarma erməni “soyqırımı” ilə əlaqədar rəsmi tədbir keçirən ilk prezident oldu.
Tədbirdə İsraildəki erməni icmasının nümayəndələri də iştirak edib.
Mənbə:> ANSPRESS