“Qarabağ əlillərini digər vətəndaşlardan mütləq fərqləndirmək lazımdır” — Zahid Oruc » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial

“Qarabağ əlillərini digər vətəndaşlardan mütləq fərqləndirmək lazımdır” — Zahid Oruc

“Qarabağ əlillərini digər vətəndaşlardan mütləq fərqləndirmək lazımdır” — Zahid Oruc


Milli Məclisin deputatı Zahid Oruc “Azərişıq” ASC-nin Ağdaş İdarəsinin əməkdaşı tərəfindən rayonun Qumlaq kəndində mərhum Qarabağ qazisi Fəzail Cəbrayılovun ailəsinin işığının 14 manat borca görə kəsilməsi hadisəsinə münasibət bildirib.
Z.Oruc “Ölkə.Az”a açıqlamasında deyib ki, hər hansı kiçik kommunal borclarla bağlı şəhid ailələri və Qarabağ əlillərinə fərdi yanaşma tətbiq olunmalıdır:

“Bu cür məsələlərə ayrıca baxılmalıdır. Yəni, bu cür ailələri digər vətəndaşlardan mütləq fərqləndirmək lazımdır. Çünki dövlətimizin siyasəti budur. Yəni, hər kəs Qarabağ əlillərinin Vətən qarşısında onlardan daha çox xidmətlərə malik olduğunu hiss etməlidir.

Eyni zamanda Azərbaycan dövləti 5 mindən çox Qarabağ əlilinə ev tikib verib. Deməli, Azərbaycan dövləti öz resurslarını xərcləyib, onlara dəyər verir. Dövlət şəhid ailələrinin hər zaman yanında olduğunu nümayiş etdirir, onların ailələri xüsusi himayə altına götürülür. Bu da reallıqdır ki, bəzən müxtəlif idarələr çərçivəsində kimlərinsə ehtiyyatsız və vəzifə tələblərinə uyğun olmayan davranışları müxtəlif reaksiyalar doğurur, qanunun tələblərini pozur. Belə olan təqdirdə isə məsələ siyasiləşir və bir sıra hallarda müxtəlif qüvvələrin əli ilə hakimiyyətin əleyhinə istifadə edilir. Halbuki, bu məsələdən xal qazanmaq istəyənlər keçmişdə Azərbaycan ərazilərinin işğalında, ordunun təşkil edilə bilməməsində və əlillərin sayca çox olmasında günahkardırlar”.
Deputat bu cür məsələlərə “Azərişıq” ASC rəhbərliyinin həssaslıqla yanaşdığını da söyləyib:

“Şəxsən Baba Rzayev tərəfindən həmin təbəqədən olan insanlara çox həssaslıqla yanaşıldığının və güzəştlər olunduğunun şahidi olmuşam. Bax, bu cür yanaşma olmalıdır. Əslində bu cür yanaşma hərbi tədbirlər hesab olunur. Çünki düşmənlə təmas xəttə yaxın ərazilərdə yaşayan insanlar böyük fədakarlıq nümayiş etdirir. Orada mülki həyat yoxdur. Müəllim, həkim, keçmiş döyüşçülər və dinc sakinlər bu gün də səngərlərdədir. Onlar ən azı evlərində olmaqları ilə böyük xidmətlər göstərirlər. Bütün bunların əksini də təsəvvür etsək necə olar? Adamlar kəndlərini atıb Rusiya, Türkiyə və başqa yerlərə getsələr, o zaman bu, ermənilər üçün böyük avantaj olar. Ona görə də sözügedən məsələni mən də millət vəkili kimi araşdırmağa hazıram. Ancaq eyni zamanda sözügedən hadisə ilə əlaqədar bütün hakimiyyət orqanlarını əlillərə ögey münasibət bəsləməkdə qınamaq çox səhv olardı”.

Z.Oruc əlavə edib ki, əgər sözügedən məsələ ilə bağlı millət vəkillərinə müraciət olunsaydı, o zaman daha ünvanlı hərəkət etmək mümkün olacaqdı:
“Bununla da məsələnin ictimailəşməsinə və ətrafında müxtəlif müzakirələrin aparılmasına ehtiyac qalmazdı”.

Mənbə: Ölkə.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *