Ermənilərin ən zəif vaxtıdır - Zahid Orucdan unikal təklif
Bir 22 il də növbəti siyasi danışıqlar raundunu gözləmək yalnız ermənilərin hər hansı bir şəraitdə gücünü artırmalarına və yeni faciələrə yol açmalarına şərait yaratmaq demək olardı. Ermənilərin yaşadıqları bu durumda Azərbaycanın növbəti addımları mütləq olmalıdır.
Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Zahid Oruc deyib. Gerçək vəziyyəti göz önünə gətirən deputat iki tendensiyanın reallığından söz açıb:
“Birincisi, erməni tərəfi hərbi məğlubiyyəti siyasi, psixoloji, diplomatik olaraq çox ağır yaşayır. Müxtəlif revanş zərbələri üçün hazırlıqlar görülür. Bu, əlbəttə ki, onları növbəti tələlərə salacaq. Yəni ermənilər hər an Tərtərə, yaxud başqa hərbi, mülki hədəflərimizə yönəlik təxribatlar törədə bilərlər. Bu halda Azərbaycanın zərbəsi Dördgünlük müharibədəkindən tamamilə fərqlənəcək. İkincisi, Rusiyanın son addımlarını dəyərləndiririk ki, məhz onların təşəbbüsü ilə tərəflər silahlı qarşıdurmadan geri çəkiliblər. Ancaq indi hərbi, siyasi cəhətdən ən əlverişli dövrdür. Ermənilər heç vaxt indiki qədər zəif olmayıblar. Bu, onların siyasi müttəfiqsiz durumundan daha qabarıq görünür. İqtisadi vəziyyətlərinin acınacaqlı olması isə bizim imkanlarımız və atacağımız addımların əsası kimi çıxış edir”.
Z.Orucun sözlərinə görə, bir döyüşü uduzmaları yetərlidir ki, ermənilər nəinki Qarabağı, Ermənistanı itirəcəkləri şoku ilə üz-üzə qalsınlar, o cümlədən, bütün ermənilər məhv olsun:
“Baxın, ermənilərin yaşadığı və bundan sonra üzləşəcəyi real mənzərə budur. Ona görə də hazırkı şəraiti həm hərbi cəhətdən, həm siyasi baxımdan dəyərləndirən ölkə başçısıdır. Nəzərə almalıyıq ki, düşmən müxtəlif ölkələrin peyk rabitəsindən ərazilərimizə, xüsusilə də əsgərlərimizin dayandığı nöqtələrə nəzarət edir. Lakin Azərbaycan gözlənilməz yerdən və gözlənilməz zamanda addımlar atacaq. Bütün bunlar onu deməyə əsas verir ki, müharibə qaçılmazdır”.
Mənbə:> Axar.az