İrəvanın 3 niyyəti; Bakının mövqeyi – Qarabağ savaşı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ, Hərbi

İrəvanın 3 niyyəti; Bakının mövqeyi – Qarabağ savaşı

İrəvanın 3 niyyəti; Bakının mövqeyi – Qarabağ savaşı


İndiki dövrdə Qərbin, xüsusilə də ABŞ-ın Dördgünlük müharibədən sonrakı davranışlarını hamı səbirsizliklə gözləyir. Əgər onlar Rusiya ilə gərginliyi Qarabağ məsələsi üzərinə keçirəcəklərsə, bu, artıq müharibə deməkdir.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Zahid Oruc deyib. Dördgünlük müharibədən sonra yenidən cəbhədə hərbi vəziyyətin kəskinləşməsini şərh edən millət vəkili mühüm məqamlara aydınlıq gətirib:

“Cəbhədəki gərginlik bilavasitə Ermənistanla bağlı olsa da, bu ölkənin üzərindən qərar verən digər dövlətlərin də planları mövcuddur. Ən sadə dildə desək, erməni tərəfinin niyyəti ondan ibarətdir ki, hərbi, siyasi və diplomatik şokdan müəyyən qədər çıxa bilsinlər. Çünki cəmiyyətdə parçalanma dərinləşir. I Qarabağ müharibəsində qalibiyyət mundiri geyinmiş adamları indi parlamentə çağırmaq istəyir, hərbi rəhbərlikdən hesabat tələb edir, əsgərlərini söyürlər və Dağlıq Qarabağ separatçılarının “nailiyyətlərindən” danışsalar da, silahlı qüvvələrin təminatındakı problemlərdən tutmuş cəmiyyət həyatı və idarəetməyə qədər, hər məsələni yenidən təftiş etməyə başlayıblar. Siyasi tənha vəziyyətlərini dərk edərək Rusiya əleyhinə aksiyalar keçirməklə yanaşı, indi də Qərbdən, Şərqdən və müxtəlif dairələrdən yardım almağa cəhd edir, hazırkı dövrün məsuliyyətini də bir neçə məqam üzrə Azərbaycanın üzərinə yıxmağa çalışırlar”.

Z.Oruc ermənilərin əsas niyyət və planlarından da söz açıb:

“Birinci niyyət ondan ibarətdir ki, əgər Azərbaycan 1994-cü ilin atəşkəs sazişinin qüvvədən düşdüyün elan edirsə və onların təbirincə bundan ötrü BMT-yə xüsusi məktub ünvanlayıbsa, belə olan təqdirdə erməni tərəfi bunu özünə müharibə çağırışı kimi qəbul edəcək və Qarabağın təhlükəsizlik missiyasını 1990-cı illərdəki kimi öz üzərinə götürəcək. Guya indiyədək ayrı vəziyyət imiş. Sən demə, bizim qarşımızda on illər ərzində atəşkəs dövründə Dağlıq Qarabağ separatçıları dururmuş. Bu cəfəngiyyat hazırkı erməni planının birinci arqumentidir.

İkinci niyyət – “əvvəlki xəttə qayıdılmalı və Lələtəpə və Talış kəndi ətrafındakı yüksəklikdə heç bir qüvvə olmamalıdır” mövqeyindən çıxış edib, atəşkəsi getdikcə daha ciddi hərbi silahlarla vurmaqdır.

Üçüncü mühüm bir xətt də var ki, bu bizim cəmiyyətdə çox da qeyd olunmur. Yəni, erməni hərbi dairələrinə belə bir fikir hakim kəsilib ki, Azərbaycana assimetrik zərbə vurmalıyıq. Yəni guya onlar radioaktiv maddələrlə zəngin xüsusi zəhərli bombaları ilə Azərbaycanı Gədəbəydən tutmuş, Qazax və yaxud da Naxçıvan hissəsində vura, əhalinin böyük bir hissəsini məhv edərlər ki, Azərbaycan status-kvonu pozmaqda bir də maraqlı olmasın. Əlbəttə ki, bu da cəfəngiyyatdır”.

Millət vəkili qeyd edib ki, bundan sonra hadisələrin gedişatını bu suallar müəyyənləşdirəcək:

“Belə görünür ki, Rusiyanın hadisələrə xeyli balanslı və obyektiv baxışı var. Ən azı Putin bunu nümayiş etdirir. Düzdür, 1990-cı illərdəki kimi Rusiyanın hərbi sənaye kompleksində olan qüvvələr Azərbaycana xeyli müsbət yanaşsalar da, bunu Xarici İşlər Nazirliyi haqqında söyləmək olmaz. Həmin illərdə Andrey Kozırev xeyli neytral mövqe göstərirdi. Onda Rusiya Müdafiə naziri Pavel Qraçov Azərbaycanın əleyhinə ermənilərlə birgə hərəkət edirdi. İndi Lavrovun Ermənistandakı çıxışı və verdiyi mesajlar büsbütün Nalbəndyanınkı ilə eyni hədəfdə idi.

Məsələ Rusiya-Azərbaycan arasındakı danışıqlardan böyük dərəcədə asılıdır. Ermənistan guya Moskvanın artıq İrəvanın təklükəsizliyinə zəmanət verə bilmədiyni, atəşkəsin davamlılığını təmin etməyəcini söyləyib başqa qüvvələrin bölgəyə gətirilməsini tələb edir. İlk növbədə Azərbaycan-Rusiya münasibətləri aydınlaşmalıdır. Görünən odur ki, Moskva Azərbaycanın ərazilərinin bir qisminin qaytarılması müqabilində Bakı ilə münasibətlərini daha sıx hərbi-siyasi əməkdaşlıq çərçivəsində görmək istəyir. Buna dövlət, siyasi qüvvələr və elitamız nə dərəcədə hazırdır? Hazırda ön planda olan məhz budur”.

Deputat indiki məqamda çox mühüm bir nöqtəyə toxunaraq bildirib ki, erməni tərəfinin iddialarına baxmayaraq, Azərbaycan maksimum dərəcədə Türkiyəni hərbi neytrallıqda saxlamağa çalışır:

“Con Kerri dünən hər iki ölkənin rəhbərlərinə telefon açaraq yenidən onları danışıqlar masası arxasında əyləşməyə çağırıb. Görəsən, Qərb gerçəkdənmi məsələlərin tam nəzarətdən çıxacağını görür və Rusiyaya zərbə adı ilə səngərimizin sanki Suriya ilə birləşdiyini, böyük bir qlobal savaşın Qafqazlara keçdiyini düşünür? Bu halda Qərb özünü necə aparacaq? Həqiqətənmi Avropa dairələrində mövqe bundan ibarətdir ki, regionda münasibətlər hərbi vasitələrlə aydınlaşmalıdır? Yəni hazırkı dövrdə, xüsusilə də ABŞ-ın Dördgünlük müharibədən sonrakı davranışlarını hamı səbirsizliklə gözləyir. Əgər onlar Rusiya ilə konfrontasiyanı Qarabağ məsələsi üzərinə keçirəcəklərsə, bu, artıq müharibə deməkdir.

Azərbaycan erməni tərəfinin iddialarına baxmayaraq, maksimum dərəcədə Türkiyəni hərbi neytrallıqda saxlamağa çalışır. Lakin Azərbaycanın siyasi varlığına təhlükə olacağı təqdirdə Türkiyə prosesə müdaxilə edəcək. Belə olan halda Yaxın Şərqdəki proseslərin Qafqaza keçmə ehtimalı necə olacaq, Türkiyə və Rusiya münasibətlərini Qarabağ məsələsi üzərindən aydınlaşdırcaqlarmı? Bax, bu, ən mühüm nöqtələrdən biridir. Qlobal kontekst, regional hadisələrin fonu Qarabağ məsələsində çulğalaşıb. Bir neçə cəbhə açılıb”.

Z.Oruc yeni vəziyyətin Azərbaycanın xeyrinə inkişaf edəcəyi qənaətindədir:

“Bir çoxlarında az qala mifik iddialar var ki, cəbhədə atəşkəsi pozan Ermənistan deyil, onların üzərindən qərar verən başqa dairələrdir. Yəni burada dava artıq Ermənistan-Azərbaycan arasında getmir. İllərlə siyasi masa arxasında savaşanlar indi gəlib səngərdə münasibətlərini aydınlaşdırırlar. Açığı desəm, hərbi gücümüzə rəğmən və erməniləri məğlub edəcəyimizə inanmaqla bərabər, müharibənin taleyinin təkcə səngərdə həll olunmadığı fikrini də unutmamalıyıq. Biz erməni tərəfinin təkcə Tərtərə, yaxud da Füzuli cəbhəsi hissəsinə ağır artilleriyadan atdığı atəşə baxmırıq, eyni zamanda, siyasi səngərlərdəki vəziyyəti də göz önündə saxlayırıq. Ali Baş Komandanın ortaya qoyduğu yeni iradə, qlobal düşüncə tərzi, özünə tərəfdaşlar tapması, Ermənistanı siyasi cəhətdən təkləməsi, müxtəlif dövlətləri inandırmaqla dəstək qazanması, hərbi cəhətdən mühüm taktiki zərbələri endirməsi onu deməyə əsas verir ki, yaranmış yeni vəziyyət Azərbaycanın xeyrinə inkişaf edəcək. Əgər nəticə müharibə olacaqsa, o meydanda ermənilərin uduzacağı dəqiqdir”.

Mənbə: Axar.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *