Ərdoğana sui-qəsd hazırlığı
Türkiyə xüsusi xidmət qurumları prezident Rəcəb Tayyip Ərdoğana mümkün sui-qəsd hazırlandığını müəyyənləşdirib. İnsidentin prezidentin Balkan ölkələrinə səfəri zamanı baş verə biləcəyi bildirilir.
TRT telekanalı öz mənbələrinə istinadən bildirib ki, sui-qəsdin hazırlanması barədə məlumatı ilk olaraq Makedoniya kəşfiyyatı Skopyedə yaşayan türklərdən əldə edib.
Məlumata görə, sui-qəsd Türkiyə əsilli şəxslər tərəfindən hazırlanıb. Sui-qəsdin mümkün tarixi və yeri barədə məlumatın olmadığı bildirilir.
Qeyd edək ki, Türkiyə prezidenti bazar günü Bosniya və Herseqovinaya səfər edib. Ərdoğan qeyd edib ki. bu cür xəbərlər “onları yollarından döndərə bilməz”.
Mənbə:> Virtualaz.org