Fransadan terror təşkilatına skandal dəstək
Fransa hərbçiləri Suriyanın şimal-şərqində YPG/PKK terrorçularının işğalındakı Baguz kəndi yaxınlığına altı ədəd artilleriya topları yerləşdirib.
Avropa.info xəbər verir ki, terror təşkilatı YPG/PKK-ya dəstəyini davam etdirən Fransa xüsusi təyinatlıları, Suriyanın İraq sərhədində terrorçuların işğalındakı əraziyə altı ədəd artilleriya topları yerləşdirib.
YPG/PKK ilə birlikdə hərəkət edən Fransa hərbçiləri, son vaxtlarda terror təşkilatı YPG/PKK-nın işğalındakı Mənbic, Haseke, Eyn İsa və Rəqqadaki varlığını artırır.
Mənbə:> Avropa.info