Rusiya PYD/YPG-ni ilk dəfə olaraq terror təşkilatı adlandırdı : “PYD/YPG İŞİD-ə bənzər terror təşkilatıdır” » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Rusiya PYD/YPG-ni ilk dəfə olaraq terror təşkilatı adlandırdı : “PYD/YPG İŞİD-ə bənzər terror təşkilatıdır”

Rusiya PYD/YPG-ni ilk dəfə olaraq terror təşkilatı adlandırdı : “PYD/YPG İŞİD-ə bənzər terror təşkilatıdır”

Rusiya, Suriya torpaqlarının bir qismini işğal edən terror təşkilatı PKK/YPG üçün ilk dəfə terrorçu ifadəsini işlədib.

Avropa.info xəbər verir ki, İstanbulda 3 apreldə keçiriləcək Türkiyə, Rusiya, İran liderləri sammitinə saylı günlər qalmış Moskva ilk dəfə terror təşkilatı PKK/PYD/YPG -ni “İŞİD modelində terror təşkilatı” olaraq qiymətləndirib.

Kremlə yaxınlığı ilə tanınan Rusiya Federal İnformasiya Agentliyi, dərc etdiyi məqalədə PKK və onun Suriya qolu PYD/YPG-ni terror təşkilatı adlandırıb.

Rusiyanın Türkiyə tərəfindən həyata keçrilən “Zeytun budağı” hərəkatına niyə dəstək verdiyinə aydınlıq gətirib. Agentlik PYD/YPG-nin Suriya xalqına məxsus təbii ehtiyatları amansıcasına talan etdiyini, yeril xalqa divan tutduğunu yazıb.

“Yerli xalq üzərində apardıqları təzyiq metodu onların terror təşkilatı olmasını sübut edir. PYD/YPG-nin zülmü nəticəsində 1.5 milyon suriyalı evlərindən qaçmaq məcburiyyətində qalıb. Amma bu növ əməllərin sonu hər zaman ziyanla bitir” – Kremlə yaxın agentlik belə yazıb.

Mənbə: Avropa.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *