Türkiyə geri qayıdır: Avropa təşvişdə » AzNews.info -Xəbər portalı

Türkiyə geri qayıdır: Avropa təşvişdə

Türkiyə geri qayıdır: Avropa təşvişdə


Osmanlı imperiyasının dağılması ilə Balkanlardan geri çəkilən Türkiyənin regionda güclənməsi Avropanı qorxutmağa başlayıb.

AzNews.info publika.az-a istinadən xəbər verir ki, “Röyters” agentliyinin Türkiyənin Balkanlarda “yumşaq güc”ündən bəhs edən bir yazısı bu qorxunu açıq şəkildə ortaya qoyur.

Dörd ölkədə Türkiyənin investisiyalarına fotolarla diqqət çəkən agentlik Avropa İttifaqı liderlərinin Balkan ölkələri ilə təcili zirvə toplantısı təşkil etdiyini yazıb.

Makedoniyanın paytaxtı Skopyedə ən hündür göydələnləri Türkiyə şirkətləri tikib.

Serbiyanın Krupanj şəhərinin meri İvan İlyoviç gələn həftə bir investor tapmaq üçün Münhen və ya Parisə deyil, İstanbula gedəcək. Kosovanın magistral yolunun dəyəri təxminən 2 milyard dollardır.

Kosovada inşa edilən magistral yolu

Bir türk şirkətinin geyim fabriki Krupanj şəhərində 300 nəfəri işlə təmin etdi.

“Yaxşı investorlar, hətta hökumətin dəstəyini istəmirlər”, – İsailoviç bildirib.

İsailoviç kimi insanların artması Avropa İttifaqını narahat edir. Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Balkanlarda çox aktivdir.

Bosniya və Herseqovinada TIKA tərəfindən bərpa edilmiş bir tarixi məscid

Serbiya Ticarət Palatasının sədri Marko Kadez qeyd edir ki, türk investorlarının Qərb ölkələrindən fərqli olaraq az inkişaf etmiş bölgələrə üz tutur.

Bosniyada bir kağız fabriki ən böyük türk sərmayələrindən biridir.

Avropalı rəsmilər Rusiyanın təsirindən sonra Türkiyənin bölgədə artan “yumşaq güc”ündən qorxuya düşüb. Adının çəkilməsini istəməyən bir Qərb diplomat “Reyters”ə açıqlamasında bildirib ki, Avropa İttifaqı bölgədəki bir nömrəli ticarət partnyoru olsa da, bəzi üzv ölkələr Türkiyənin bölgədəki artan “yumşaq güc”ündən narahatdırlar.

Aprel ayında Avropa Parlamentində danışan Fransa prezidenti Emmanuel Makron Avropa İttifaqının sürətli şəkildə genişlənməsinə qarşı olduğunu ifadə etsə də, eyni zamanda bildirib ki, Balkanların Türkiyə, ya da Rusiyaya yönəlməsini istəmir.

Mənbə: Publika.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *