Avropa Parlamentində Türkiyə ilə danışıqların dayandırılmasını istəyirlər » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

Avropa Parlamentində Türkiyə ilə danışıqların dayandırılmasını istəyirlər

Avropa Parlamentində Türkiyə ilə danışıqların dayandırılmasını istəyirlər

Avropa Parlamentinin (AP) iki ən böyük fraksiyasının liderləri Avropa İttifaqını Türkiyənin bu quruma daxil olması ilə bağlı danışıqları dayandırmağa çağırıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə Reuters xəbər verir.

“Bizim Türkiyəyə ismarıcımız tam aydındır: bu ölkənin Aİ-yə daxil olması barədə danışıqlar dərhal dondurulmalıdır”, - sağ-mərkəz yönümlü Avropa xalq partiyasının lideri Manfred Veber bəyan edib.

“Biz Türkiyə ilə danışıqların dayandırılmasını istəyirik” - sosialistlərin lideri Canni Pittella deyib.

Deputatlar öz mövqelərini Türkiyədə 15 iyul 2016-cı il hadisələrindən sonra aparılan araşdırmalar zamanı Türkiyə vətəndaşlarının haqlarının pozulması və dövlət strukturlarında kütləvi ixtisarların qəbuledilməz olması ilə əlaqələndirirlər.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *