Məruzəçi: Bir çox Avropa ölkələri Dağlıq Qarabağda baş verənlər haqda bilmək istəmirlər
Bir çox Avropa ölkələri Dağlıq Qarabağda baş verənlər haqqında bilmək istəmirlər.
Trend-in məlumatına görə, bunu Avropa Parlamentinin Aİ və Azərbaycan arasında hərtərəfli saziş üzrə məruzəçisi Norika Nikolai "Euroactiv"ə müsahibəsində deyib.
N.Nikolai bildirib: "Mən Dağlıq Qarabağdan olan məcburi köçkünlərlə görüş təşkil etməyə gələndə yadıma gəlir ki, onların Avropa Parlamentinə gəlib Dağlıq Qarabağı tərk etməli olduqlarından sonra nələrin baş verdiyi haqda ifadə vermək üçün Fransanın Bakıdakı səfirliyində viza ala bilməmələrinin şahid oldum. Hesab edirəm ki, burada erməni lobbisinin əli var idi. Erməni lobbisi böyük nüfuza malikdir. Təəssüf ki, bir çox Avropa ölkələri hadisələrə erməni lobbisinin təsiri altında reaksiya verirlər və bu regionda baş verənləri bilmək istəmirlər".
N.Nikolai onu da qeyd edib ki, Aİ Azərbaycanı dəstəkləməlidir. Məruzəçinin sözlərinə görə, “Şərq tərəfdaşlığı”nda Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova kimi ölkələr olmasa, Aİ mehriban qonşuluq siyasətində uğursuzluğa düçar ola bilər: “Əgər biz öz Şərq tərəfdaşlarımızla yaxın olmasaq, dünyadan təcrid oluna bilərik”.
Mənbə:> Trend