Lavrov Azərbaycanı Rusiyadan qoparmaq cəhdləri barədə » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Lavrov Azərbaycanı Rusiyadan qoparmaq cəhdləri barədə

Lavrov Azərbaycanı Rusiyadan qoparmaq cəhdləri barədə

Təhlükəsizlik siyasəti barədə Münhen konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrovun çıxışı zamanı ondan Rusiyanın Azərbaycana, Ermənistana və Belarusa Avropa İttifaqı ilə geniş əməkdaşlıq haqqında sazişlərin imzalanmasına maneçilik törətməsi barədə sual verilib.

Virtualaz.org Rusiya XİN-in saytına istinadən xəbər verir ki, zaldan Lavrova belə bir sual verilib: “Siz iddia edirsiniz ki, Aİ “Şərq tərəfdaşlığı”nda iştirak edən ölkələri seçim qarşısında qoyur – ya Rusiya ilə olmalı, ya da Aİ ilə. Razısınızmı ki, faktlara diqqət yetirsək, bizim bu altı ölkə ilə müxtəlif səviyyəli münasibətlərimiz mövcuddur? Azərbaycan və Belarus bizimlə geniş əməkdaşlıq sazişi imzalamaq istəmirlər.

Sizin təzyiqinizlə Ermənistan “Şərq tərəfdaşlığı”nda üzvlüyünü Gömrük İttifaqının xeyrinə qurban verir və biz daha aşağı səviyyəli saziş imzalamalı oluruq. Digər üç ölkə də geniş sazişdən imtina ediblər. Razısınızmı ki, biz yalnız onların istəklərinə cavab veririk, heç bir şey sırımırıq? Son nəhayətdə, bizimlə saziş imzalamayanların üstünə tank yollamırıq”. (nazirin çıxışının və suallara verdiyi cavabların tam mətni Rusiya XİN-in saytında verilib – red.)

Bu suala cavab olaraq Lavrov qeyd edib ki, “Şərq tərəfdaşlığı”nın Azərbaycanı, Ermənistanı və Belarusu Rusiyadan qoparmaq üçün istifadə edilməsi barədə heç vaxt danışmayıb.

“Rusiya təhlükəsi” elə təxminən bu cür düşünülür. Siz çıxışınıza elə başladınız ki, sanki mən “Şərq tərəfdaşlığı”nın bu ölkələri Rusiyadan qoparmaq üçün istifadə edilməsi barədə danışmışam. Əslində isə mən demişəm ki, “Şərq tərəfdaşlığı” formalaşdırıldığı zaman bizi əmin edirdilər ki, bundan Rusiyanın əleyhinə istifadə olunmayacaq. Mən ümid etdiyimi bildirdim ki, həmin bəyanatlara riayət olunacaq, belə ki, adlarını çəkdiyiniz ölkələrdən bəziləri istərdilər ki, “Şərq tərəfdaşlığı”ndan məhz bu cür istifadə edilsin. Bu qədər”.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *