ABŞ-dan İlham Əliyevə təşəkkür
ABŞ Azərbaycanda dörd nəfər QHT təmsilçisinin azad edilməsini dəstəkləyir.
ANS PRESS-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin təmsilçisi Cen Psaki bildirib.
"ABŞ martın 18-də elan edilmiş əfv fərmanını və Seçkilərin monitorinq mərkəzinin direktoru Bəşir Süleymanlının, həmçinin Azərbaycan QHT-lərinin daha 3 təmsilçisinin azad edilməsini alqışlayır", - deyə Psaki vurğulayıb.
ABŞ təmsilçisi Azərbaycanı bu istiqamətdə "əlavə müsbət addımlar" atmağa çağırıb.
Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev bu həftə 101 məhbusun əfvi ilə bağlı sərəncam verib.
Mənbə:> ANSPRESS