Xarici “demokratiyalara” xidmət edən satqınlar
AzNews.info Media.Az-a istinadən xarici “demokratiyaların” maraqları naminə çalışanlar haqqında məqaləni təqdim edir.
Son illər ən müxtəlif səviyyələrdə ölkə hüdudlarından kənarda fəaliyyət göstərən anti-Azərbaycan elementləri haqqında danışılıb. Lakin belə adamlardan Azərbaycanın özündə də az deyil.
Qərbdən demokratiyanın yoxluğu və insan hüquqlarına əməl olunmaması haqqında zaman-zaman Azərbaycanın ünvanına səslənən ittihamların fonunda, bu fəallar tamamilə əks məqsədləri güdərək, qeyri-iradi şəkildə Azərbaycana həmin iddiaların əsassız olduğunu sübut etməkdə yardımçı olurlar.
Məsələn, artıq 8 ildir ki, Azərbaycanda “Obyektiv TV” internet-kanalı fəaliyyət göstərir. Lakin kanal öz “obyektiv” adına rəğmən, ictimaiyyəti qeyri-obyektiv məlumatlarla aldadır. Telekanal müntəzəm olaraq kütlələrə guya jurnalist hüquqlarına əməl olunmaması, ifadə azadlığının pozulması, qanunun aliliyinin təmin edilməməsi ilə bağlı yalan məlumatlar ötürür. Bundan başqa, publikaya toplaşma azadlığı, gender bərabərliyinin pozulduğu barədə fikirlər də çatdırılır.
Bir sözlə, telekanal ölkəmiz ətrafında xoşagəlməz imicin formalaşması üçün əlindən gələni edir, ciddi səy göstərir.
Bu zaman hədəf isə təkcə Azərbaycan hakimiyyəti və dövləti yox, həm də xarici hökumətlərin ölkəmizdəki səfirlikləri olur.
Bu günlərdə “Oybektiv TV”nin iki əməkdaşı – Azər Kazımzadə və Eltac Mirzəyev həmin kanalla əməkdaşlığı dayandırıblar. Səbəb olaraq, az maaş göstərilir. Kənardan görünə bilərdi ki, maliyyə çətinlikləri öz vətənlərinin ləkələnməsi üzrə aparılan şərəfsiz və miskin fəaliyyətin başa çatmasına səbəb ola bilər. Lakin reallıqda hər şey tam əksinədir.
Belə ki, “Obyektiv TV”dən getmiş Kazımzadə Facebook hesabında öz dostlarını və izləyənləri şəxsi telekanalını yaradacağı barədə məlumatlandırıb. Yəni, güman etmək olar ki, təxribatlar yeni qüvvə ilə davam edəcək.
“Həqiqət” çarçısı şirması altında gizlənən Kazımzadə və dostları əslində şəxsi maraqlarını güdür, və bu yolda dövlətlərinin maraqlarını tapdalayaraq, həmin faydanı əldə etmək üçün ən çirkin mənbələrə baş vurmaqdan belə çəkinmirlər. Belə adamlara xaindən, satqından başqa ad vermək mümkün deyil.
Burada Kazımzadənin tərcümeyi-halından bəzi məqamları qeyd etmək yerinə düşərdi ki, onun və onun kimilərin motivlərini hər kəs anlasın.
Azər Kazımzadənin separatçılarla sıx əlaqələri var. Uzun müddət “Talışi Sado” qəzetinin əməkdaşı olub. Bu qəzetin fəaliyyəti haqqında maraqlı fakt - 2017-ci ildə Kazımzadənin “Talışi Sado”dakı həmkarlarından biri olan Şahin Mirzəli Ermənistandan “müvəqqəti sığınacaq” aldı. Hətta məşhur orduxanlar və turalların belə atmadığı (Orduxan Teymurxan və Tural Sadıqlı – Azərbaycan hakimiyyətinə qarşı “mühacirət müxalifətinin” nümayəndələri – red.) miskin addım.
Əslində isə Azər həyatının 26 ilində həyatın hər bir üzünü görüb. 2013-cü ildə polis tərəfindən qanunsuz etiraz aksiyasında iştirakına görə saxlanılıb və 400 manat cərimələnib, 2017-ci ildə təkrar saxlanılıb.
“Obyektiv TV”də Kazımzadə “Günün nəbzi” həvəskar verilişinin aparıcısıdır, Facebook-da isə hökumətə qarşı yönəlmiş “Sancaq” səhifəsinin administratoru kimi çıxış edir.
Separatçıların, istənilən növ separatçıların pullarına satılmış bu şəxslər xalqı hökumətə qarşı qaldırmaq istəyirdilər. Lakin seçkilərin vaxtının dəyişdirilməsi onların planlarını tarmar etdi, satqınlar sadəcə insanları Azərbaycan dövlətinin dayaqlarına qarşı yönəlmiş çirkin ideyaları ilə zəhərləyə bilmədilər. Onların məqsədi isə xalqın xoşbəxtliyi yox, xaricdəki ağalarından aldıqları hər bir qəpiyin əvəzini ödəməkdir.
Mənbə:> Media.az