Qərbdə fikir azadlığının pozulmasına yenə göz yumulur » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Köşə

Qərbdə fikir azadlığının pozulmasına yenə göz yumulur

Qərbdə fikir azadlığının pozulmasına yenə göz yumulur


Fərid Şabhazlı: “Bu gün Qərbin özündə demokratiya, insan haqları ilə bağlı olduqca ciddi problemlər mövcuddur”

Azər Həsrət: “Həmin təşkilatlar ona görə qurulub ki, kənardan təzyiq vasitəsi kimi istifadə edilsin”


Başda Avropa Parlamenti olmaqla, əksər beynəlxalq təşkilatların Qərbin müxtəlif dairələrinin əlində oyuncağa çevrildiyi müşahidə edilir. Bu baxımdandır ki, Qərb ölkələrində media və məlumat azadlığı ilə bağlı artan problemlərə qarşı adekvat reaksiyanı vermirlər. Siyasi təhlilçilər həmin təşkilatların tabeçilik əsasda, ikili, qərəzli siyasət yürütdüklərini deyirlər.
İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlı bildirdi ki, əslində, beynəlxalq təşkilatların, ayrı-ayrı Qərb dairələrinin demokratiya, söz və mətbuat azadlığı adı altında edilən təzyiqlər ölkəmizdə heç də demokratiyanın yaxşılaşdırılması, demokratik irəliləyişə nail olunmasına dəstək məqsədi daşımır: "Bu, Qərb dairələrinin Azərbaycana qarşı şantaj siyasətidir. Bu gün Qərbin özündə demokratiya, insan haqları ilə bağlı olduqca ciddi problemlər mövcuddur. Bu, həm mətbuat azadlığı, həm dini, həm də irqçilik sahəsində açıq şəkildə görünür. Ancaq nədənsə, dünyanın müxtəlif insan hüquqları təşkilatları həmin ölkələrdə baş verənləri görmürlər.
Ölkəmizdə baş verən, heç baş verməyən hadisədən isə bir faciə düzəldirlər. Bu, növbəti dəfə Qərb dairələrinin, Avropanın beynəlxalq təşkilatlarının Azərbaycana qarşı səmimi olmadığının və ikili standartlarla yanaşdığının göstəricisidir. Bu baxımdan Azərbaycanın Avropa və Qərb dairələrinə qarşı mövqeyi olduqca məntiqli, prinsipial və qətiyyətlidir. Azərbaycanda hakimiyyəti xalq formalaşdırıb. Azərbaycan hakimiyyəti də yalnız Azərbaycan xalqı qarşısında hesabatlıdır. Hansısa beynəlxalq təşkilatın, dairələrin Azərbaycan ilə bağlı subyektiv mülahizələrə əsaslanan hesabtları Azərbaycan dövləti və xalqı üçün əsas sayıla bilməz. Azərbaycanda mətbuat azadlığı sahəsində hər ötən gün daha böyük uğurlar əldə olunur. Azərbaycan bəlkə də dünyanın yeganə ölkələrindən biridir ki, mətbuata dövlət yardımı ayırır. Bəlkə də dünyada İlham Əliyev azsaylı prezidentlərdəndir ki, ildə bir neçə dəfə jurnalistləri qəbul edir, onların problemlərini dinləyir. Bütün bunlar Azərbaycanda mətbuat sahəsindəki real mənzərəni əhatə edir.
Ancaq beynəlxalq təşkilatların verdiyi bəyanatlar öz maraqlarına hesablanıb. Azərbaycanın bölgədə və dünyada yürütdüyü müstəqil siyasət, bölgədə hər ötən gün nüfuzunun artması Qərb dairələrini narahat etməyə bilməz. Onlar güclənən Azərbaycana öz maraqlarını diqtə etmək istəyirlər. Azərbaycan isə yalnız xalqın və dövlətin maraqlarını əsas götürür. Belə olan təqdirdə isə yumşaq təzyiqlər baş verir. Bu vəziyyətdə bizim üzərimizə düşən isə Azərbaycan dövlətinin yanında olmaq, həqiqətləri müdafiə etməkdir. Burada qətiyyən hakimiyyətin müdafiə etməkdən söhbət getmir. Ona görə Avropa təşkilatları da yaxşı başa düşməlidirlər ki, Azərbaycan ilə təzyiq dilində danışığa son verilməlidir. Azərbaycanla əməkdaşlıqda maraqlıdırlarsa, bunu qarşılıqlı anlaşma şəraitində həyata keçirməlidirlər. Azərbaycana nəyisə məcbur etmək yolverilməzdir. Çünki, ölkəmizdə xalq ilə hakimiyyət arasında böyük həmrəylik mövcuddur. Bu həmrəylik istənilən xarici təzyiqləri, çirkin planları pozmaq gücündədir”
Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət bildirdi ki, nəinki reaksiya olmur, ümumiyyətlə, onlara bu faktları göstərəndə belə "bu ola bilməz” deyib üstündən keçməyə çalışırlar: "Yəni, məsələlərə açıq-aşkar qərəzli və tərəfli mövqe tutaraq yanaşırlar. Bunun da səbəbləri olmamış deyil. Həmin beynəlxalq təşkilatlar məhz ona görə qurulub ki, bizim kimi ölkələrə kənardan təzyiq vasitəsi kimi istifadə edilsin. Yəni, lazım gələndə bəzi dairələr həmin təşkilatları hərəkətə gətirirlər. Onlar da öz növbəsində bizim kimi inişaf etməyə yeni başlamış, müstəqilliy yeni qazanmış ölkələrə təzyiq etməyə başlayırlar.
Hadisələri diqqətlə analiz etdikdə görürük ki, bizdə adi bir hadisə baş verirən kimi həmin dairələr dərhal bəyanat verir. Halbuki, ortada nə şikayət, nə qanun pozuntusu, nə də jurnalistin fəaliyyətini həyata keçirmək üçün əngəl yaradan faktlar yoxdur. Yəni, açıqca hiss edilir ki, belə təşkilatlar bir qayda olaraq Azərbaycan kimi ölkələrə kənar təsir üçün yaradılmış və fəaliyyət göstərən təşkilatlardır. Qərəzli olmaları da göz qabağındadır. Həmin təşkilatlar adıçəkilən ölkələrə qarşı ona görə çıxmırlar ki, onları idarə edən də məhz elə o ölkələrdir”.

Mənbə: Movqe.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *