Ermənistanın müdafiə naziri istefa verdi
Ermənistanın müdafiə naziri Vigen Sarkisyan istefa verib.
Bu barədə TAAS xəbər yayıb.
Məlumata görə, V.Sarkisyan silahlı qüvvələrin şəxsi heyətinə, veteranlara və ictimaiyyətə ünvanlandığı müraciətində yazıb: "Siyasi hadisələrə görə ordu rəhbəri statusunda sizinlə nəzərdə tutulduğundan əvvəl vidalaşma anı gəldi. Belə daha düzgündür. Nazir - rəsmi siyasi şəxsdir və onun işi yalnız tərəfdarlarının komandası tərkibində effektiv ola bilər".
Mənbə:> TASS