Rusiya hökuməti istefaya getdi
Rusiya hökuməti istefaya gedib.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, bu gün Rusiya hökuməti tam tərkibdə istefaya gedib.
Qeyd edək ki, bu gün Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimi keçirilib.
Rusiya Konstitusiyasına əsasən, prezident vəzifələrinin icrasına başladıqdan sonra Dövlət Dumasına baş nazir postuna namizədini təqdim edir. Deputatlar bir həftə müddətində həmin şəxsin namizədliyini müzakirə edərək qərar verir.
Yeni hökumət üzvləri müəyyənləşənə qədər sabiq nazirlər öz vəzifələrinin icrasını davam etdirəcəklər.
Mənbə:> Virtualaz.org