Parisdə iğtişaşlar » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Video

Parisdə iğtişaşlar – VİDEO

Parisdə iğtişaşlar


Fransanın paytaxtı Parisdə qatı-solçular və anarxistlərin hökumətə qarşı etiraz aksiyası iğtişaşlara çevrilib.

Oxu.Az xəbər verir ki, May gününü qeyd edən və hökumətin əmək islahatlarına etiraz edən 1200-ə yaxın nümayişçi Bastiliya meydanında bir araya gəlib.

Daha sonra etirazçılar mərkəzi küçələrdə yürüş edib. Etirazçılar əllərində keçmiş Sovet İttifaqı bayraqları və müxtəlif yazılı plakatlar tutub, hökumətə qarşı şüarlar səsləndirib.

Yürüş zamanı bir qrup maskalı etirazçı yoldakı restoran və ticarət obyektlərinə hücum çəkib. Etirazçılar restoranların şüşələrini qırıb, yaxınlıqdakı maşını yandırıb.

Təhlükəsizlik qüvvələri təxribatçı aksiya iştirakçılarını dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *