ABŞ Ukraynaya tank əleyhinə raket kompleksləri göndərdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi

ABŞ Ukraynaya tank əleyhinə raket kompleksləri göndərdi

ABŞ Ukraynaya tank əleyhinə raket kompleksləri göndərdi

ABŞ Ukraynaya “Javelin” tank əleyhinə raket kompleksləri göndərib.

Bu barədə “Azadlıq” radiosu ABŞ Dövlət Departamentinə istinadən məlumat verib. “Silahlar artıq göndərilib”, - deyə Dövlət Departamentinin rəsmi şəxslərindən biri söyləyib. Detallar hələlik məlum deyil.

Qeyd edək ki, 2017-ci ilin sonunda ABŞ hökuməti Ukraynaya letal (öldürücü) silahlar, o cümlədən "Javelin” tank əleyhinə raket kompleksinin verilməsi barədə qərar qəbul edib. 2018-ci il martın 2-də Dövlət Departamenti Ukraynaya 47 milyon dollar dəyərində 210 ədəd “Javelin” raketi və onlar üçün 47 buraxıcı qurğunun göndərilməsini bəyənib.

Xatırladaq ki, Barak Obama dövründə ABŞ Ukraynaya yalnız qeyri-letal hərbi sistemlər verirdi.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *