BMT-nin baş katibi Dağlıq Qarabağ münaqişəsi tərəflərinə çağırış etdi
BMT Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tərəflərini problemin dinc yolla nizamlanması üzrə səyləri fəallaşdırmağa çağırır.
Trend-in məlumatına görə, bu barədə təşkilatın baş katibi Antoniu Quterreşin bəyanatında deyilir.
Baş katib ATƏT-in Minsk qrupunun tərəfləri təmas xətti boyunca istənilən potensial eskalasiyanın qarşısını almağa və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə səyləri fəallaşdırmağa çağıran bəyanatına qoşulduğunu bildirib.
Mənbə:> Trend