Azərbaycanda Qafqaz İslam Ordusunun şəhidlərini salamladım...
"Biz nəfəs aldığımız müddətdə zalımlar rahat yata bilməyəcəklər". ANS PRESS-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Çanaqqala zəfərinin 100 illiyi münasibəti ilə keçirilən anım tədbirində deyib.
O, qeyd edib ki, bu gün Balkanlar, Yaxın Şərq, Qafqaz, Şimali Afrikada, hər bir parça torpaqda Çanaqqala savaşı şəhidlərinin xatirəsi yaşayır.
"Elə bir millətik ki, 1911-22-ci ilə kimi dünyanın hər bucağında şəhidlərimiz var. 2 həftə öncə Macarıstanda Qalitsa şəhidlərini, Azərbaycanda Qafqaz İslam Ordusunun şəhidlərini salamladım. Bir daha deyirəm - Çanaqqala savaşında paytaxtın, əsis istanbulun ələ keçməməsi üçün azərbaycanalı, iraqlı, suriyalı, fələstinli, kosovalı, bosniyalı necə birlikdə, çiyin çiyinə savaşıbsa Türkiyə Cumhuriyyəti olaraq biz də deyirik ki, 100 il sonra əziz şəhidlərimizin nəvə-nəticələrinin kədəri bizim kədərimizdir. Suriya, İrak, Azərbaycan, Balkanların taleyi Türkiyə Cumhuriyyətinin mərhəmət və şəfqətli əllərindədir. Biz əziz şəhidlərimizin miraslarına sahib çıxacağıq".
Nazir çanaqqala şəhidlərinin dastan yazdığını deyib. O, deyib ki, türklər dizlərində taqət tükənənə, çiyinləri torpağa dəyənə kimi bayrağı bir an olsa belə başlarının üzərindən əksik etməyəcək.
Mənbə:> ANSPRESS