Kubanın yeni lideri seçildi
Migel Dias-Kanel Kubanın Xalq Hakimiyyəti Milli Məclisi (ölkə parlamenti) tərəfindən dövlət başçısı postuna seçilib və ölkənin yeni lideri olub.
Oxu.Az xarici KİV-lərə istinadla xəbər verir ki, bundan əvvəl Dias-Kanel Dövlət Şurası sədrinin birinci müavini vəzifəsini tutub.
Onun namizədliyi aprelin 18-də parlament sessiyasının gedişində rəsmən irəli sürülüb və səsverməyə çıxarılıb.
Səsvermənin nəticələri aprelin 19-da sessiyanın ikinci günün gedişində elan edilib.
Qeyd edək ki, Kuba qanunvericiliyinə əsasən Dövlət Şurasının rəhbəri parlament tərəfindən seçilir.
Namizədlər üzrə Milli Komissiya bu posta öz namizədlərini irəli sürən hər bir deputatla görüşür, bundan sonra yekun siyahını təklif edir.
Deputatların gizli səsverməsindən sonra seçkilərin nəticələri elan olunur.
Mənbə:> Oxu.Az