Kubada Fidel Kastroya heykəl qoyulması qadağan ediləcək
Kuba inqilabının lideri Fidel Kastronun külü gecə ölkənin yeganə qəhrəman şəhəri elan edilmiş Santyaqo-de-Kuba şəhərinə gətirilib.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, şəhərin Antonio Maseo meydanında ölkə inqilabının lideri Fidel Kastronun xatirəsinə həsr olunmuş kütləvi anım mərasimi keçirilir. Mərasimdə Kubanın Dövlət şurasının və Nazirlər Şurasının sədri, ordu generalı Raul Kastro Rus, rəsmilər və dünyanın müxtəlif ölkələrindən ictimai xadimlər, həmçinin kütləvi və ictimai təşkilatların və Kubanın gənc kommunistləriİttifaqının rəhbərləri iştirak edirlər.
Komandante qalıqlarlarının basdırılması mərasimi müqəddəs İfigeniya qəbiristanlığında bu gün keçiriləcək.
Qeyd edək ki, Fidel Kastro noyabrın 25-də 91 yaşında paytaxt Havanada dünyasını dəyişib.
Virtualaz.org-un məlumatına görə, bu arada bəlli olub ki, Kuba hakimiyyəti ölkənin keçmiş lideri Fidel Kastronun şərəfinə abidələr tikməyi qadağan edəcək. Bu haqda dünən Raul Kastro açıqlama verib.
Onun sözlərinə görə, komandante şəxsiyyətindən pərəstiş vasitəsi kimi istifadə olunmasını istəməyib. Bundan başqa, hökuməti müəssisələrinə, küçələrə, parklara və ictimai yerlərə də Kuba inqilabı liderinin adı verilməyəcək.
"Fidel Kastronun iradəsinə uyğun olaraq, biz xalq hakimiyyəti Milli məclisinin növbəti sessiyalarına qanunverici təşəbbüslər təqdim edəcəyik" , - deyə KİV Raul Kastronun sözünü sitat gətirib.
Mənbə:> Virtualaz.org