Raul Kastro Moskvaya gəlir
Kuba Dövlət Şurasının başçısı Raul Kastro Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi münasibətilə Moskvada keçiriləcək təntənəli mərasimdə iştirak edəcək.
ANS PRESS xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib.
O deyib ki, R.Kastronun səfəri tarixin yenidən bərpası, Rusiya-Kuba əlaqələrinin yeni mərhələsi olacaq. Sovet ordusu faşizm üzərində qələbədə əsas rol oynadı. Rusiyanın iştirakı ilə Kubada Qələbənin yubiley ilində bu hadisəyə həsr edilmiş silsilə tədbirlər keçiriləcək.
Rusiyanın Prezident Administrasiyasının başçısı Serqey İvanov bildirib ki, 25 ölkə və bir neçə beynəlxalq təşkilat rəhbəri Qələbə Paradına qatılacaq. Qonaqların son sayı yalnız mayın əvvəlində məlum olacaq.
Xatırladaq ki, Raul Kastro məşhur Kubanın milli lideri, 50 il dövlət başçısı olmuş Fidel Kastronun kiçik qardaşıdır. Kuba inqilabçısı xəstəliyə görə 2006-cı ildə işdən kənarlaşıb və qardaşını müvəqqəti Dövlət Şurası sədri təyin edib. Raul Kastro 2008-ci ilin fevralında Kubanın başçısı olub və dörd il sonra ikinci müddətə yenidən prezident seçilib.
Mənbə:> ANSPRESS