Avropa Komissiyasının prezidenti İlham Əliyevi təbrik edib
Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib.
Oxu.Az xəbər verir ki, təbrikdə deyilir:
“Cənab Prezident. İcazə verin, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edim.
Ümidvaram ki, yeni mandatınız Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin dərinləşdirilməsi, xüsusən də fundamental dəyərlərə və prinsiplərə, o cümlədən siyasi və iqtisadi maraqlarımıza söykənən daha əhatəli yeni ikitərəfli saziş üzrə aparılan danışıqların yekunlaşdırılması üçün zəmin yaradacaq.
Bizim vacib hesab etdiyimiz məsələlərin mərkəzində fundamental hüquqlara və demokratik prinsiplərə hörmət hissi dayanır və mən Sizin həmin mühüm dəyərlər istiqamətində qətiyyətli fəaliyyət göstərəcəyinizə əminəm.
Cənab Prezident, ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm”.
Mənbə:> Oxu.Az