Almaniya prezidenti İlham Əliyevi təbrik edib » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Rəsmi

Almaniya prezidenti İlham Əliyevi təbrik edib

Almaniya prezidenti İlham Əliyevi təbrik edib


Almaniyanın prezidenti Frank-Valter Ştaynmayer dövlət başçısı İlham Əliyevi prezident seçilməsi münasibəti ilə təbrik edib.

Oxu.Az xəbər verir ki, məktubda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Prezidentliyinizin yeni dönəmində Sizə səmimi qəlbdən ali dövləti vəzifənizin icrasında böyük qüvvət, uğurlar və müvəffəqiyyətlər arzu edirəm.

Almaniya gələcəkdə də Azərbaycanın etibarlı tərəfdaşı olaraq qalacaqdır. Biz birlikdə ikitərəfli münasibətlərimizi genişləndirmək istəyirik. Azərbaycan gələcəkdə də həyata keçirilməsi nəzərdə tutulan islahatlar prosesində daim Almaniyanın dəstəyinə güvənə bilər.

Biz Sizin ölkənizlə əməkdaşlığımızı ATƏT və Avropa Şurası kimi qurumların tərkibində davam etdirməyə ümid edirik və məmnuniyyətlə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin daha da güclənməsinə səy göstərməyə hazırıq.”

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *