Rusiyalı muzdlular Suriyada ABŞ hərbçilərinə hücum edib? MOSKVA TƏKZİB EDİR
ABŞ dövlət katibinin köməkçisi Ues Mitçel “rusiyalı muzdlu əsgərlərin” ABŞ-ın Suriyadakı qüvvələrinə hücum etməyə cəhd etdiyini bildirib.
“Kommersant”ın yazdığına görə, bu barədə Mitçelin ABŞ Nümayəndələr palatasının xarici işlər üzrə komitəsinə verdiyi ifadədə deyilir.
“Moskvanın Suriya münaqişəsinə düşüncəsiz müdaxiləsi və Əsəd rejimini dəstəkləməsi Qərblə toqquşma riskini artırıb. Bu yaxınlarda rusiyalı muzdluların ABŞ qüvvələrinə etdiyi uğursuz hücum, belə davranışın bariz nümunəsidir”, - deyə Mitçel bildirib.
Səslənən sərt ittiham rəsmi Moskvanın cavabını çox gözlətməyib.
Oxu.az-ın məlumatına görə, Dövlət Dumasından bildiriblər ki, bu tam əsassız və yalan bəyanatdır.
“Bu bizim Qərbdən olan həmkarlarımızın səsləndirdiyi növbəti dezinformasiyadır. Onun bircə məqsədi var, Rusiyanı gözdən salmaq”, - deyə deputat Andrey Krasov bildirib.
Mənbə:> Kommersant.ru