Serj Sarkisyanı Fransada təhqir edib, şəkillərini yandırdılar – VİDEO
Fransada yaşayan ermənilər də Serj Sarkisyanın baş nazir seçilməsinə etiraz ediblər.
Azvision.az xəbər verir ki, Ermənistanın Marseldəki konsulluğunun qarşısında toplaşan etirazçılar Sarkisyanı təhqir edərək onun şəkillərini ayaqlar altına atıblar.
Nümayişçilər daha sonra Sarkisyanın şəkillərini yandırıblar.
Mənbə:> Azvision.az