Deputatımız kriminal-avtoritetin sifarişi ilə öldürülüb? » AzNews.info -Xəbər portalı

Deputatımız kriminal-avtoritetin sifarişi ilə öldürülüb? – İDDİA

Deputatımız kriminal-avtoritetin sifarişi ilə öldürülüb?


İki gün öncə, Milli Məclisin üzvü, deputat Astan Şahverdiyev dünyasını dəyişib. Deputatın ölüm səbəbi ilə bağlı sosial mediada və mətbuatda müxtəlif fikirlər səslənsə də, rəsmi məlumatda mərhumun ürək tutmasından dünyasını dəyişdiyi bildirilir. Məlumatda deyilir ki, A.Şahverdiyev Qusarın Çiləgir kəndində yerləşən "Chateau" otelində ürək tutmasından ölüb. Oteldən bildirilib ki, Astan Şahverdiyev dünən axşam saatlarında otel nömrəsində qəfil ürək tutmasından vəfat edib. Təcili tibbi yardım əməkdaşları hadisə yerinə gələnə qədər deputat keçinib.

Ən maraqlısı odur ki, deputatın ölümündə jurnalistlərin də əlinin olduğunu iddia edən millət vəkili mətbuata ilginc açıqlama verib. Milli Məclisin İntizam Komissiyasının sədri, millət vəkili Ağacan Abıyev həmkarı A.Şahverdiyevin ölümündə jurnalistləri günahlandırıb. O bildirib ki, A.Şahverdiyevi jurnalistlər öldürüb: "Bu boyda kişini jurnalistlər öldürdü. Görəsən, jurnalistlər bunu başa düşürmü? Astan Şahverdiyev sağlam adam idi, jurnalistlər o qədər ondan yazdılar ki, adam Azərbaycandan qaçıb getmək istəyirdi. Rəhmətlik mənimlə söhbətində də deyirdi ki, haqqında yazılan fikirlərdən çox narahatdır. Haqqında yazılanlardan xilas olmaq üçün ölkədən qaçıb getmək istəyirdi. Mənə də deyirdi ki, bu cür hərəkətlərə artıq dözə bilmirəm. Bilirsiniz, səhvsiz insan olmur. Astan Şahverdiyev də bir dəfə nə isə səhv etmişdi və buna görə çıxıb üzr istədi. Astan Şahverdiyev səhv etmişdisə, bu o demək deyil ki, onu öldürənə qədər mübarizə aparmaq lazımdır. Əgər, jurnalistlər onu hörmət etsəydilər, bəlkə də, o, bu gün yaşayırdı...".

Millət vəkili Aydın Mirzəzadə isə açıqlamasında bildirib ki, A.Şahverdiyev cəmiyyətin yaddaşında ehtiyyatsızlıqdan dediyi ifadələrlə yadda qalıb: "Əlbəttə, onun bir neçə dəfə ehtiyyatsızlıqdan dediyi sözlər diqqəti cəlb elədi. Amma nəzərə almaq lazımdır ki, o, siyasətə kənardan gəlmişdi.Cəmiyyət son dövrdə onun ehtiyyatsızlıqdan dediyi fikirlər üzərində daha çox dayanır. Bir tərəfdən cəmiyyətin buna haqqı çatır. Millət vəkili ifadə etdiyi sözlərində diqqətli olmalıdır. Dəyərlərin qorunmasında fəal iştirak etməlidir. Ancaq nəzərə alsaq ki, A.Şahverdiyev siyasətçi deyildi".

Qeyri-rəsmi məlumatlarda mərhum Şahverdiyevin ölüm səbəbi haqda bəzi ilginc iddialar irəli sürülüb. Belə ki, iddialarda mərhum deputatın sözügedən oteldə istirahət etməsindən söz açılır. İddia olunur ki, deputat qəbul etdiyi "viagra" dərmanının orqanizminə göstərdiyi əks təsirdən dünyasını dəyişib. Təbii ki, bu iddiaların nə dərəcədə doğru olub-olmaması müəmmalı olaraq qalır. Amma görünən odur ki, mərhum deputat sağlığında səsləndirdiyi fikirlərlə cəmiyyətin qəzəbinə tuş gəlib.

A.Şahverdiyev, bildiyiniz kimi, mətbuata ilginc açıqlamaları ilə yadda qalıb. O, bir neçə il bundan öncə, Rusiyaya işləməyə gedən azərbaycanlıları "otxod" adlandıraraq, sərt şəkildə təhqir etmişdi. Onun bu təhqiri Rusiyadakı azərbaycanlıların qəzəbinə tuş gəlmişdi. Elə bundan sonra da, Rusiyadakı azərbaycanlılar tərəfindən mərhum deputatın ünvanına cavab olaraq təhqirlər yağmağa başladı. Hətta, A.Şahverdiyevi ölümlə hədələyərək cəzalandırmağa çalışırdılar. Mərhumun ölüm səbəblərindən biri olaraq iddia olunur ki, A.Şahverdiyev səsləndirdiyi fikirlərə görə, Rusiyada yaşayan bəzi azərbaycanlılar tərəfindən öldürülüb. Hətta onun adı açıqlanmayan azərbaycanlı kriminal-avtoritet tərəfindən sifarişlə öldürüldüyü iddia olunur. Məlumatda deyilir ki, A.Şahverdiyev Rusiyada yaşayan azərbaycanlıları təhqir etməsindən sonra kriminal-avtoritetin sifarişi ilə izlənilib. Deputatın dünyasını dəyişdiyi oteldə isə ona qarşı sui-qəsd olunduğu iddia olunur. Bildirilir ki, deputatın xüsusi zəhərli maddələrlə yeməyinə qatqılar əlavə olunub. Buna sübut kimi, "Youtube" sosial şəbəkəsində mərhum deputatı təhqir edən və onu hədələyən videomateriallar da yerləşdirilib. Videomateriallarda Rusiyada yaşayan azərbaycanlıların A.Şahverdiyevi təhdid etmələri öz əksini tapıb.

Mənbə: İnterpress.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *